Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən aptek təşkilatlarında reydlərə başlanılıb. Səhiyyə Nazirlioyindən SİA-ya verilən məlumata görə, reydlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21.12.2009-cu il tarixli 172 nömrəli əmri ilə təsdiq edilib, aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının yerinə yetirilməsinə nəzarətin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.
Aprel ayının 1-dən etibarən başlanan yoxlamalarda Səhiyyə Nazirliyinin təsdiq etdiyi vahid resept blankında buraxılacaq dərman vasitələrinin reseptsiz qaydada satan aptek təşkilatı rəhbərlərinə qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB