Sabah Azərbaycanda ilk dəfə olaraq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə ikinci qrupun imtahanı keçiriləcək. SİA xəbər verir ki, imtahanda 50 nəfər həkim iştirak edəcək.
Xatırladaq ki, birinci qrupda işə qəbul olmaq üçün keçirilən ilk imtahanda 100 vakansiya uğrunda 27 ixtisas üzrə 110 nəfər namizəd mübariz aparıb.
Qeyd edək ki, bu ildən etibarən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB