Sosial Siyasət komitəsi 2013-cü ilin yaz sessiyasının qanunvericilik planına 2 qanun layihəsini təqdim etməyi nəzərdə tutur. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında Bunlar Azərbaycan Prezidentinin imzası ilə Parlamentə göndərilimiş "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi və hazırda komitə tərəfindən üzərində işlənilən "Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında" qanunvericilik aktıdır. Bununla yanaşı komitədə bir sıra qanun layihələri üzərində işlər aparılır ki, onları çox güman ki, bu sessiya ərzində qanunvericilik işlər planına daxil etmək mümkün olmayacaq. Həmin sənədlər "Gənc ailələrin sosial müdafiəsi haqqında", "Sosial sifariş haqqında", "Sosial ipoteka haqqında" və "Reproduktiv sağlamlığın təmin edilməsi haqqında"qanun layihələridir.
Həmçinin komitə 3 qanunvericilik aktına dəyişiklikləri məsələsini qanunvericilik işləri planına təqdimetməyi nəzərdə tutur. Bunlar "Valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişikliklərdir ki, burada da həmin kateqoriyadan olan uşaqların pulsuz təhsil alması məsələsi əks olunur.
Digər sənəd Ailə Məcəlləsinə dəyişiklik məsələsidir. burada da nikaha girən cütlüklərdən tibbi arayışın tələb edilməsi məsələləsidir.
Üçüncü sənəd isə "Əhalinin sağlamlığının qorunması haqqında"qanuna dəyişiklik məsələsidir ki, burada ərzağın digər maddələr hesabına zənginləşdirilməsi məsələsi öz əksini tapır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB