Azərbaycanda ilk dəfə "süni ürək köçürülməsi" əməliyyatı uğurla həyata keçirilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev və onun işçi heyətinin iştirakı ilə həyata keçirilən mətbuat konfransında ətraflı məlumat verib. K.Musayev bildirib ki, bu əməliyyat Mərkəzi Klinik Xəstəxanasında Kamran Musayev tərəfindən 44 yaşlı xəstənin üzərində aparılıb. "Dilatasiob kardiomiopatiya" adlı xəstəlikdən uzun müddət əziyyət çəkən İ.M ixtisaslaşmış kardioloqlar tərəfindən hərtərəfli müayindən keçirilib və xəstəyə uzunmüddətli suni ürək cihazının taxılması məsləhət görülüb.
K.Musayev deyib ki, xəstəyə ABŞ istehsalı olan "HeartMate 2" süni ürək cihazı implantasiya edilib. Xəstənin bu implantasiyadan uzunmüddətli istifadəsi nəzərdə tutulub: "Əməliyyatdan sonrakı gedişat tam olaraq normal olub. Hazırda süni ürək cihazı normal funksiya göstərir və bunun nəticəsində xəstənin əməliyyatdan əvvəlki pozulmuş hemodinamik və funksional göstəriciləri də tamamilə bərpa olunub".
K.Musayev qeyd edib ki, xəstə Mərkəzi Klinik Xəstəxanaya müraciət edən zaman onun ürəyinin 2/3 hissəsi qan laxtası ilə dolu olub: "Həmçinin xəstənin qaraciyər və böyrəklərində də bu vəziyyətlə bağlı problemlər yaranmışdı. Ümumilikdə isə xəstə yatağa bağlı şəkildə yaşayırdı". Həkim bildirib ki, hazırda xəstəyə implantasiya olunan cihazın ümumi çəkisi 400 qramdır.
Qeyd edək ki, ürək cərrahiyyəsində "süni ürək köçürülməsi" əməliyyatı kifayət qədər kompleks bir əməliyyatdır. Yüksək ixtisaslı kadrlar və texnologiyanın istehsalı olan cihazlar tələb olunduğu üçün təəssüf ki, bütün mərzəkləzrdə tətbiq olunmur. Bu gün artıq respublikamızda "süni ürək cihazının köçürülməsi" reallığa çevrilib. Bu əməliyyatların ölkəmizdə kadrlar tərəfindən aparılması ölkə səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsinin göstəricisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB