Bu deviz altında profilaktik tədbirlər ayı çərçivəsində "Səs", SİA və "Yeni Azərbaycan" qəzetlərinin əməkdaşları müayinədən keçirilib
Azərbaycan əhalinin sağlamlığının qorunması və gələcək nəslin sağlam böyüməsi istiqamətində tədbirlərin görülməsi məslələri ölkə rəhbərliyinin gündəlik nəzarətində saxlanılır. Əhalinin sağlamlığına diqqətin artırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səylərinin bariz nümunəsidir ki, son illər ərzində ölkəmizdə bir sıra yeni tibb müəssisələri, sağlamlıq və diaqnostika mərkəzləri tikilmiş, yüzlərlə səhiyyə mərkəzi təmir olunub.
SİA-nın verdiyi məlumata görə, ölkə başçısının imzaladığı Dövlət Proqramlarına uyğun olaraq yaxın bir neçə il ərzində Bakı şəhərində və eləcə də respublikamızın rayonlarındakı xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri əsaslı təmir olunaraq hər cür müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən "Sağlam həyat uğrunda" şüarı altında sağlamlıq aylığının keçirilməsinə ilk qoşulanlardan biri də Səbail rayonunun tibb işçiləri olublar. Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə müvafiq qrafik hazırlanıb və rayondakı bütün idarə, müəssisə və təşkilatlarda çalışanların, həmçinin rayonun daimi əhalisinin müayinəsinin keçirilməsinə başlanıb. Müayinələrin aparacaq həkim briqadaları müəyyənləşdirilib və artıq RİH-nin tərtib etdiyi qrafikə əsasən müayinələrə başlanıb.
Həkim müayinələrindən keçən ilk təşkilatlardan biri də "Səs" və "Yeni Azərbaycan" qəzetlərinin redaksiyalarının əməkdaşları olub. Adıçəkilən qəzetlərdə və Səs İnformasiya Agentliklərində çalışan jurnalistlər digər əməkdaşlar həkim müayinələrindən keçiblər.
Sağlamlıq aylığında keçirilən müayinələr rayonun bütün təşkilatlarında keçiriləcək, rayon sakinlərinin yaşayış yeri üzrə müayinəsi poliklinikalarda aparılacaq, yeni yaşayış sahələrinə isə səyyar tibbi briqadaların getməsi təşkil olunacaqdır və RİH tərəfindən həkim briqadalarının işi üçün lazımi şərait yaradılacaqdır.
Rayon müəssisələrinin işçiləri və sakinlər onlara göstərilən bu qayğıya görə, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB