Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinə start verildi

Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinə start verildi

"Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinə start verilir". SİA-nın xəbərinə görə, akademik M.Topcubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinin başlanması ilə bağlı keçirilən mətbuat konfransında belə deyib.

Nazir müavini qeyd edib ki, bir həftə davam edəcək həftəlik dekabrın 3-də yekunlaşacaq: "Hazırda Türkiyənin 24 nəfərlik böyük nümayəndə heyəti Bakıda səfərdədir. Həftəlik çərçivəsində 30-a yaxın əməliyyatlar keçiriləcək. Türk həkimləri azərbaycanlı həmkarları ilə birgə 2 aylıq uşaqdan tutmuş 73 yaşa kimi insanlar üzərində əməliyyatlar keçirəcək. Bu əməliyyatlar sırasında açıq və qapalı ürək əməliyyatları da olacaq. Heyyətdən seçilən 6 nəfər üzv isə müəyyən müddət ərzində əməliyyatları davam etdirəcək".

Türkiyə səhiyyə nazirinin müavini Nihat Tosunun iştirakı ilə baş tutan tədbirdə nazir müavini bildirib ki, həkim briqadaları dekabrın 1-dən etibarən rayonlara da səfər edəcək və orada əməliyyatlar aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə