"Əvvəllər diabet xəstəliyindən əziyyət çəkənlər qeydiyyata düşmürdülərsə, indi qeydiyyata alınmış xəstələr dövlət hesabına pulsuz dərmanlarla təmin edilirlər. Şəkərli diabet xəstələrinin sayınınm artmasının səbəbi dövlətin bu sahəyə göst ərdiyi qayğının nəticəsidir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 6-7 il əvvəl qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayı 60 min nəfər idisə, bu gün onların sayı 160 mindən çoxdur.
Elsevər Ağayev deyib ki, onkoloji xəstəliklərin aşkarlanmasında da müsbət dinamika var: "Ölkədə hemodializ seansı aparılan xəstələrin sayı 1900-ə yaxınlaşıb. Hazırda ölkədə 24 hemodializ mərkəzi fəaliyyət göstərir. İrsi qan xəstəlikləri ilə bağlı dövlət proqramının icrası nəticəsində hemofliya və talassemiyadan əziyyət çəkən uşaqlar dövlətin qayğısı ilə əhatə olunub. Təxminən 2200-dən artıq talassemiya, 1200-dən çox hemofiliyalı xəstəyə dövlət tərəfindən qayğı göstərilir. Dağınıq skleroz xəstəliyi ilə bağlı qəbul olunmuş yeni qanun nəticəsində artıq gələn ildən etibarən bu xəstəlikdən əziyyət çəkən insanlar dövlət vəsaiti hesabına pulsuz dərmanlarla təmin olunacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB