Həkimlərin tibbi bilikləri artırılır

Həkimlərin tibbi bilikləri artırılır

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə start verilib. SİA-nın xəbərinə görə, akademiyanın professora və dosent heyəti tərəfindən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda azərbaycanlı müdavimlər üçün rentgenologiya, neonatologiya, terapiya və uşaq cərrahiyyəsi üzrə elmi-praktiki kurslar keçirilir. Kurslara respublika üzrə dövlət xəstəxanalarında çalışan mütəxəssislər cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə