Bu gün Azərbaycanın səhiyyə sahəsində 600-ə yaxın özəl şirkət fəaliyyət göstərir. SİA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, dövlət səhiyyə sahəsində çalışan ən bacarıqlı və ən yaxşı mütəxəssislər özəl səhiyyə sahəsinə dəvət olunurlar. Onun sözlərinə görə, mütəxəssis bazası eynidir, yəni onlarda çalışan mütəxəssislər böyük səhiyyə ailəsinin üzvləridir. A.Qədirli əlavə edib ki, ölkədə böyük klinikalar yaradılır və onlar 5-6 il əvvəl yaradılan klinikalardan çox fərqlənirlər.
Nazirlik sözçüsü həmçinin Azərbaycanda dünya standartlarına uyğun referens laboratoriyanın yaradıldığını deyib. Onun sözlərinə görə, Azərbaycandakı tibb müəssisələrinin laboratoriyalarına ciddi şəkildə nəzarət edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB