Yüksək qızdırmadan ölüm halı nə zaman baş verə bilər? - HƏKİM AÇIQLADI

Yüksək qızdırmadan ölüm halı nə zaman baş verə bilər? - HƏKİM AÇIQLADI

"Yüksək qızdırma, xüsusilə də uzun müddət davam etdikdə, orqanizm üçün ciddi təhlükə yarada bilər. Bədən temperaturunun müəyyən həddi keçməsi zamanı artıq orqanizmin özünü soyutma mexanizmləri normal fəaliyyət göstərə bilmir. Bu isə həyati vacib orqanların fəaliyyətinin pozulmasına və ağır hallarda ölümə səbəb ola bilər".

Bu sözləri SİA-ya hepatoloq Sevinc Abasova deyib.

O bildirib ki, bu mərhələnin iki vacib göstəricisi var:

“Temperatur elə bir həddə çatır ki, bədənin soyutma mexanizmləri pozulur və hüceyrələrdəki zülallar dağılmağa başlayır. Daha sonra qan təzyiqi kəskin şəkildə aşağı düşür. Nəticədə həyati vacib orqanlar – beyin, ürək və böyrəklər zədələnməyə başlayır, onların fəaliyyəti pozulur. Proses daha da ağırlaşdıqda isə orqanizmin əsas funksiyaları sıradan çıxa və ölüm baş verə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə