Müasir həyat tərzi qadınların reproduktiv sağlamlığına ciddi zərbə vurur - MÜSAHİBƏ
Ginekoloq Nailə Əzizovanın SİA-ya müsahibəsini təqdim edirik:
-Son illərdə Azərbaycanda qadınların ən çox rastlaşdığı ginekoloji problemlər hansılardır və bunun əsas səbəbləri nələrdir?
-Cinsi yolla keçən infeksiyaların (ureaplazma, mikoplazma, xlamidiya, qardnerella, qonokok və s.) artdığı qeyd olunur.
Riskli cinsi davranışlar, maarifləndirmənin zəif olması və profilaktik müayinələrdən yayınma səbəblər kimi göstərilir.
-Gənc qızlar arasında hormonal pozğunluqlar və polikistik yumurtalıq sindromunun artdığı deyilir. Bu iddialar nə dərəcədə doğrudur?
-Səbəblər: oturaq həyat tərzi, fastfud qidalanma, artıq çəki, insulin dirənci, stress, iltihab və s.
Əlamətlər: aybaşı pozğunluğu, tüklənmə, sızanaq, sonsuzluq riski.
-Bir çox qadın ginekoloqa yalnız problem yarandıqda müraciət edir. Heç bir şikayət olmasa belə, profilaktik müayinə nə qədər tez-tez aparılmalıdır?
-Qadınlar ildə ən azı bir dəfə profilaktik müayinədən keçməlidirlər və Azərbaycanda insanların əksəriyyəti yalnız şikayət olduqda həkimə müraciət edir.
-Sosial mediada menstrual dövrü gecikdirmək, ağrıları azaltmaq və ya hormonal tarazlığı bərpa etmək üçün müxtəlif “ev üsulları” tövsiyə olunur. Bunlar qadın sağlamlığı üçün hansı riskləri yarada bilər?
-Sosial şəbəkələrdə tibbi biliyi olmayan şəxslərin məsləhətləri təhlükəlidir. Xüsusilə aybaşını dərmanlarla gecikdirmək ciddi hormonal problemlər yarada bilir.
-Sonsuzluq hallarında problemin yalnız qadından qaynaqlandığı düşüncəsi cəmiyyətdə hələ də geniş yayılıb. Statistikaya görə sonsuzluq hallarında qadın və kişinin rolu necə bölünür?
-Sonsuzluq kişi və qadın faktorları arasında təxminən bərabər paylanır və hər iki tərəf birlikdə müayinə olunmalıdır.
-Erkən menopauza halları artırmı? Hansı amillər qadınlarda reproduktiv yaşın vaxtından əvvəl başa çatmasına səbəb ola bilər?
-Son illərdə erkən menopauza hallarına daha çox rast gəlinir. Bunun əsas səbəbləri arasında oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, xroniki stress, yuxusuzluq və bunların yaratdığı metabolik pozğunluqlar yer alır. Bu amillər zamanla yumurtalıqların fəaliyyətinin zəifləməsinə və reproduktiv dövrün vaxtından əvvəl başa çatmasına səbəb ola bilər.
Hamiləliklərin dəfələrlə süni şəkildə pozulması da bəzi qadınlarda erkən menopauza riskini artıra bilər.
Bundan əlavə, metabolik pozğunluqlar nəticəsində yaranan insulin dirənci hormonal tarazlığı pozur, polikistik yumurtalıq sindromunun inkişafına şərait yaradır və gələcəkdə digər ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu problemlər arasında II tip şəkərli diabet, arterial hipertenziya və ürək-damar sistemi xəstəlikləri də var.
-Qadın sağlamlığı ilə bağlı cəmiyyətdə yayılan hansı miflər həqiqəti əks etdirmir?
-Qadın sağlamlığı ilə bağlı cəmiyyətdə geniş yayılmış bəzi inancların elmi əsası yoxdur. Hamiləlik zamanı qarının formasına və ya mayalanmanın hansı yumurtalıqda baş verməsinə əsasən körpənin cinsiyyətini müəyyən etməyin mümkün olduğu barədə fikirlər tibbi baxımdan doğru deyil və bunlar sadəcə mifdir.
Qadın sağlamlığını qorumağın əsas yolu sağlam həyat tərzi keçirmək, düzgün qidalanmaq, fiziki aktivliyi artırmaq, kifayət qədər yuxu almaq, stressi idarə etmək və mütəmadi profilaktik müayinələrdən keçməkdir. Bu amillər həm hormonal balansın qorunmasına, həm də bir çox ginekoloji və metabolik xəstəliklərin qarşısının alınmasına kömək edir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB