Mammaloq-Onkoplastik cərrah İndira Səfərova “Fibroadenoma nədir və tibbi müalicəsi nədən ibarətdir?” mövzusunda SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Fibroadenoma nədir və necə yaranır?
- Süd vəzində fibroadenomalar ən çox rast gəlinən xoşxasiyyətli patologiyalardan biridir. Əsasən gənc yaşlı qızlarda daha çox rast gəlinir. Bu xəstəliyin əmələ gəlməsi təxminən 15 yaşdan başlayaraq 45-55 yaşa qədər davam edir. Yaranma səbəbi ilə bağlı faktorlar içərisində birinci növbədə hormonal faktor, irsi amilləri qeyd etmək olar. Eyni zamanda müxtəlif xəstəliyi olan qalxanvari vəz problemi olan, ginekoloji problemi olan, hərəkətsiz həyat tərzi keçirən və artıq çəkili olan xanımlarda bu xəstəliyi daha tez-tez biz görə bilirik. Qeyd edim ki, müəyyən yaşdan sonra bu patologiya xanımlarda rast gəldiyi zaman ölçü 2 sm-ə qədərdirsə, biz müşahidə altında saxlamağı tövsiyə edirik. Ancaq ölçü 2 sm-dən böyük olduğu zaman əməliyyat tövsiyə edilə bilər. Təbii ki, bu şişin ölçüsündən əlavə olaraq şişin qanamasından, onun sturukturundan, formasından asılı olaraq müalicə taktikasını da ona uyğun olaraq seçirik ki, cərrahi əməliyyat aparaq yoxsa xəstəni müşahidə altında saxlayaq. Fibroadenomaların bir neçə forması var: Sadə, proliferativ və yarpaqvari forma. Filloid şiş dediyimiz yarpaqvari fibroadenoma forması da var ki, bunların içərisində ən təhlükəlisidir. Çünki, o təxminən 1-5% hallarda süd vəzi xərçənginə keçid edə bilir. Yəni, maliqnizasiya verə bilir. Bu patologiya varsa, yəni fibroadenomanın filloid forması varsa, xəstəyə cərrahi əməliyyat məsləhət görürük. Qeyd edim ki, əgər müəyyən yaşdan sonra rast gəlinən, məsələn, 40 yaşdan sonra pasiyentdə böyük ölçülü, kənarları kələ-kötür olan fibroadenomalar varsa, o zaman da cərrahi əməliyyat məsləhət görülə bilir. Ümumilikdə qeyd edim ki, bu xətəlik xoşxassəli gedişə malikdir. Xəstəliyi bir çox hallarda müşahidə altında saxlayaraq müalicə etmək olur.
- Bəzi mənbələrdə fibroadenomaların əsəb, stressdən yarandığı deyilir. Həqiqətəndə belədirmi?
- Təbii ki, bununda təsiri olur. Hormonal pozuntu dedikdə, cavan yaşlı qızlarda yeniyetməlik dövründə bu hormonal fon dəyişkən olur. Müəyyən hormonların səviyyəsi qalxır, enir. Çünki, hormonal balans menstruasiya başlamağa doğru olduğu zamanda hormonal balans dəyişməyə başlayır və bu proses 18 yaşa qədər davam edir. Bu yaşa qədər aralıqda olan qızlarda bu xəstəliyə çox rast gəlinir. Bunun təbii ki, dəqiq səbəbi məlum deyil. Ancaq belə ehtimal edilir və aparılan tədqiqatlarda onu deməyə əsas verir ki, hormonal mübadilə pozğunluğu da bu xəstəliyin gənc yaşda insanlarda əmələ gəlməyinə səbəb ola bilir. Riskli amillər, qidalanma tərzi də buna təsir edə bilir. Stressin də bunların içərisində olduğunu hətta ilk səbəblərdən biri olduğunu demək olar.
- Bəs ağrı verən fibroadenomalar necə?
- Fibroadenomalar ümumiyyətlə, çox hallarda heç bir klinik əlamət vermir. Klinik əlamət sadəcə süd vəzində ələ dəyən bir kütlənin olmasıdır. Çox vaxt hərəkətli olur, sanki əlin altında şar gəzir. Buna “süd vəzi siçanı”da deyirlər. Çünki, sürətlə ora-bura hərəkət edir. Fibroadenomalar ağrını çox nadir hallarda verir. Daha çox nevroloji statusu yerində olmayan, çox həssas olan insanlarda bəli, ağrı hissi verə bilər. Yaxud da çox böyük ölçülərə çatırsa artıq məsələn, 15-18 sm ölçülü çox böyük filloid fibroadenoması olan biri bu tip şişdən əməliyyat olursa, çox vaxt müəyyən bir müddətdən sonra onkoloji xəstəlik əmələ gəlmə riski də olur. Çünki artıq şiş böyüyür və orqanizmdə təkrar yaranma ehtimalı ola bilir. Ona görə də xanımlara tövsiyə edilir ki, sizdə də belə törəmələr varsa, vaxtında həkimə müraciət edin ki, ona qarşı vaxtında tədbir alına bilinsin.
- Fibroadenomaların növlərini necə müəyyən edirlər?
- Onları təbii ki, həkim müayinəsi ilə bilmək olur. Ultrasəs müayinəsi və xəstəni biopsi edərək növü təyin etmək olur. Biopsinin nəticəsinə baxaraq fibroadenomanın hansı forması olduğunu təyin etmək olur.
Müəllif: Qumral Bahadırqızı
Bütün xəbərlər Facebook səhifəmizdə