Mayonezli salatları sevənlər üçün daha bir təhlükə müəyyən edilib

...Mayonez kariogen məhsul deyil və diş minasının vəziyyətinə birbaşa təsir göstərmir. Bununla belə, bu sousun həddindən artıq istehlakı dolayı yolla ağız boşluğunun sağlamlığına təsir göstərə bilər.

SİA-nın məlumatına görə, bu artıq rusiyalı diş həkiminin “tapıntısıdır”.

Deməli, mütəxəssisin sözlərinə görə, mayonez dişlərin sərt toxumalarına birbaşa təsir göstərmir, kariyesə səbəb olmur. Buna görə də sousdan istifadə edilən ənənəvi Yeni il yeməkləri dişlər üçün təhlükə yaratmır.

Lakin mayonezdən uzun müddət ərzində həddindən artıq istifadə mədə-bağırsaq traktının fəaliyyətinə mənfi təsir göstərə bilər ki, bu da öz növbəsində makro və mikroelementlərin sorulmasını pozur.

Onların çatışmazlığı kariyesin inkişafına səbəb ola bilər.

Mütəxəssis bir daha xatırladıb ki, bayram günlərində ağız boşluğunun gigiyenası qaydalarına əməl olunmaq şərti ilə birdəfəlik mayonez istehlakı diş sağlamlığı üçün təhlükə yaratmır. Bununla belə, orqanizmlə bağlı problemlərin qarşısını almaq üçün sousu gündəlik pəhriz məhsuluna çevirməmək vacibdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə