Hamiləlik diabeti NƏDİR? - HƏKİM DANIŞDI

"Əvvəla qeyd edim ki, hamiləlik diabeti daha çox endokrinoloji mövzudur. Amma ümumilikdə məlumat versəm, hamiləlik diabeti odur ki, adi vaxtda qadın diabet xəstəsi deyil". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, yəni bu qadın sağlamlıqda diabet xəstəsi deyil: "Sadəcə hamiləlik dönəmində meydana çıxan bir diabetdir. Əslində, bunun hamiləlik bitəndən sonra da qadın üçün heç bir ziyanı olmur".

Ləman Əliyeva sözlərinə belə davam edib: "Yəni, hamiləlik diabetinin qadının gələcək həyatı üçün heç bir ziyanı olmur. Amma və lakin qadın müalicəsiz qalarsa, uşağın inkişafdan qalmasına, bətndaxili ölümünə səbəb ola bilər. Ona görə də hamiləlik dibaetini hamiləliyin müəyyən həftələrində nəzarətdə saxlamaq lazımdır. Bəzən yüngül formalı halda dieta ilə, bəzən də ehtiyac olarsa, insulinlə, kimyəvi dərmanlarla hamiləliyin sonuna qədər nəzarətdə saxlanılır. Bu zaman heç bir problem yaşanmır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə