Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Səhiyyə Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, nazirliyin əməkdaşları Ümummilli Liderin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə