Homoseksuallığı hansı dərmanlar yaradır? - ARAŞDIRMA

Həddindən artıq ağrıkəsicilərdən istifadə həzm sisteminə və mədə də daxil olmaqla digər orqanlara zərər verə bilər. Mədəni müxtəlif xəstəliklərdən qoruyan selikli qişa ağrıkəsicilərin həddindən artıq istehlakı nəticəsində zədələnir və mədədə qanaxma, xora və şiddətli ağrılara səbəb olur. Ağrıkəsicilərin normadan çox istifadə edilməsi immunitet sistemini də məhv edir.

Hədsiz ağrıkəsici istifadəsindən zərər görən digər orqan bağırsaqlardır. Lazım olan miqdardan artıq dərman qəbul etmək bağırsaq sisteminin fəaliyyətinə mənfi təsir edir və uzun müddət davam edən xroniki ishal probleminə səbəb olur. Ümumiyyətlə, kimyəvi tərkibli dərmanların çox istifadəsi zamanı toksik maddələrin bədəndən atılması çətinləşir və böyrək metabolizmasına pis təsirlər yaradır. Ağrıkəsicilər yalnız həkim təyinatı ilə və lazım olduqda istifadə edilməlidir.

Ağrıkəsici onları “mavi” etdi

Dünya mətbuatında son illər bəzi dərmanların kişilik hormonlarını pozması, orqanizmdə hormon dəyişikliyinə səbəb olması barədə çox məlumat yayımlanır. Hollandiyada 22 yaşlı gənc bir il mütəmadi istifadə etdiyi ağrıkəsici dərmanın onda hormon dəyişikliyi yaratdığını iddia edirdi. Belə ki, güclü oynaq ağrılarından şikayətlənən gəncə həkimi ağrıkəsici dərman məsləhət görür. Hər gün dərmanı qəbul edən gənc bir müddət sonra özündə qəribə dəyişiklik hiss edir. O qadın kimi geyinmək, dırnaqlarını boyamaq, sinəsindəki artıq tüklərdən qurtulmaq kimi bir çox istəyinə qarşı çıxa bilmir və 1 ildən sonra Xorxe özünü tamamilə qadın kimi hiss edir. Qəribə dəyişiklikdən şoka düşən Xorxe Voorhoev məhkəməyə verdiyi dərman firmasından küllü miqdarda kompensasiya da almışdı, amma artıq həyatını “mavi” olaraq davam etdirmək məcburiyyətində idi.

Bir neçə il əvvəl isə Fransada 50 yaşlı bir kişi bir neçə həftə içdiyi ağırıkəsicilərin onu “mavi” etdiyini iddia etmişdi. Tibbi ekspertizadan keçirilən kişinin bədənində həqiqətən də hormon dəyişikliyi müşahidə edildi. Dərmanları laborator müayinəyə göndərən məhkəmə iddiaçının iddiasını təmin etdi və dərman şirkəti bağlanmaqla yanaşı, iddiaçıya külli miqdarda təzminat ödədi.

Çörək kimi, su kimi...

Sirr deyil ki, hazırda bütün dünyada böyük tələbat olan ağrıkəsicilər insanlar üçün ağrıdan qurtulmağın ən rahat vasitəsidir. Ötən il Omicron virusunun tüğyan elədiyi bir dövrdə İngiltərə apteklərində ağrıkəsici ehtiyatının tamamilə bitdiyi barədə mətbuatda məlumatlar yayımlandı. Hökumət bundan narahatlığını dilə gətirdi, xüsusilə “parasetamol” tərkibli ağrıkəsicilərin ehtiyatının olmadığını açıqladı və insanların ağrıkəsiciləri çörək və su kimi qəbul etdiyini bildirdi.

Bir çox ölkə səhiyyəsi kimi, qonşu Türkiyədə də ağrıkəsici istifadəsi yüksək həddə çatdığından ölkənin səhiyyə qurumu narahatlığını mətbuat vasitəsi ilə dilə gətirib. Ağrıkəsici istehlakına görə dünyanın lider ölkələrindən biri olan Türkiyədə insanların ağrıkəsən dərmanlara ehtiyacını həkimlər yemək, su kimi xarakterizə edir. Bunun səbəbini stressli həyatla izah edən həkimlər yüksək dozalı ağrıkəsicilərin insanın tədricən intiharı kimi qiymətləndirirlər.

Yüksək dozalı ağrıkəsicilər uzun müddət istifadə edildikdə böyrək çatmazlığı yaradır. Bu qənaətə ən müxtəlif ölkələrdə fərqli həkim qrupları tərəfindən aparılan bir neçə araşdırmanın nəticələri nümayiş etdiriləndən sonra gəlinib. Təcrübələr zamanı könüllülərin illər ərzində nə qədər ağrıkəsici qəbul etdiyi hesablanıb. Təbii ki, qəbul edilən ağrıkəsicilərin dozası da nəzərə alınıb. Əldə edilən nəticəyə görə, 10 ildə 2 kiloqrama yaxın ağrıkəsici qəbul edən adamda böyrək çatmazlığı riski olduqca yüksəkdir.

Ağrıkəsici çarə deyil, amma həm də çarədir

Həkim-terapevt Akif Nuriyev bildirir ki, insanlar ağrıkəsicilərlə problemini “ört-basdır” etməyə həvəslidir deyə dərman şirkətləri daha güclü təsirə malik dərmanlar istehsal edərək dərman bazarında hegemonluq edir: “Hamı rastlaşıb bu vəziyyətlə, bir dərmanı bir dəfə istifadə edən və məmnun qalan insanlar bütün yaxınlarına həmin ağrıkəsicini məsləhət görür, amma əksəriyyət bilmir ki, bu güclü ağrıkəsicilər böyrəyə gələn qan axınını azaldır, qan təzyiqini artırır və bədəndə su və duz yığılmasına səbəb olur, böyrək sistemi üzərində yandırıcı təsir yaradır”.

Müsahibimiz hər ağrı zamanı ağrıkəsici istifadə etməməyi məsləhət görür. Əvəzində, ağrı zonasına soyuq buz tətbiq etmək lazımdır. Dəhşətli baş, beyin, göz ağrıları ilə müşahidə olunan miqren tutmaları zamanı isə ağrıkəsici yerinə ilıq duş qəbul etmək, səsdən və işıqdan uzaq olmaq ağrıkəsicı effekti verir: “Amma bəzən dəhşətli ağrı zamanı ağrıkəsici yeganə çarə olur. Həkimə gedənədək, müalicə edilənədək ağrıkəsici qəbul etmək ən doğru variant kimi gəlir insana. Amma ağrıkəsicilər də asılılıq yarada bilir”.

Oxucuların diqqətinə çatdırırıq ki, internetdə ölkəmizdə qadağan olunmuş dərmanların siyahısı ilə tanış ola bilərlər, bu siyahıda ağrıkəsicilər də az deyil. Həkim məsləhəti olmadan dərman içməyin, bu sizin sağlamlığınızı və gələcək həyatınızı ciddi şəkildə hədələyir. Dozası yüksək ağrıkəsicilər içməklə həm böyrəyinizə, həm də ürək, qan-damar sisteminizə neqativ təsir göstərə bilərsiniz.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə