Son sutkada COVID-19 infeksiyasına 8 yeni yoluxma qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 8 yoluxma qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 858 nəfər müalicə olunaraq sağalıb, 10 min 153 nəfər vəfat edib. Aktiv xəstə sayı 268 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 465, bu günə qədər isə ümumilikdə 7 milyon 550 min 354 test icra olunub.

Sutka ərzində koronavirus infeksiyası əleyhinə vaksin vurulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə