Son sutkada koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 54 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 34 nəfər isə sağalıb. Sutka ərzində xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 217 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 756 nəfər müalicə olunaraq sağalıb, hazırda 308 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 249, bu günə qədər isə ümumilikdə 7 548 451 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 229 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 89, ikinci doza vaksinlərin sayı 44 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 80-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 16 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 952 706 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə