İndi də ət alan qaraçılar axtarılır...

Bu arada Çuvaşiyada qarayara xəstəliyi aşkar edilib. Belə ki, iki yerli fermerə-ər və arvada dəhşətli diaqnoz qoyulub. Deyilənlərə görə, çox güman ki, onlar inək kəsərkən yoluxublar.

Maraqlıdır ki, burada daha pisi, onlrın kəsdikləri ətin yarım tondan çoxunu yoldan keçən qaraçılara satmalarıdır.

Xatırladaq ki, SİA-nın əldə etdiyi məlumata görə, qarayara ən təhlükəli infeksiyalardan biridir. Belə ki, bu xəstəliyin bəzi formalarının ölümcülliyi 100 faizə çatır.

Rus saytlarının yazdığına görə, qarayara xəstəliyinə yoluxmuş cütlüyün yaşadığı Staroe Aktaşevo kəndi Çeboksarıdan cəmi 50 kilometr aralıdadır. Kiçik kəndin 200-ə yaxın sakini var.

Hazırda həkimlər qəssabla təmasda olan hər kəsi yoxlayırlar.

Onu da qeyd edək ki, yoluxmuş cütlük hazırda xəstəxanada nəzarət altındadırlar. Həkimlər onların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Ruslar “Rosselxoznadzor”ın infeksiyanın son səbəblərini müəyyən edəcəyinə əmindirlər. Təbii ki, yüksək ehtimalla, ölümcül bakteriya yoluxmuş heyvanın cəsədi bölünən zaman insan orqanizminə daxil olub.

Amma ən maraqlısı budur ki, indi də fermerlərdən ət alan qaraçılar axtarılır.

Yeri gəlmişkən, Çuvaşiya Mari El, Tatarıstan, Mordoviya, Nijni Novqorod və Ulyanovsk vilayətləri ilə həmsərhəddir. Qaraçılar da ki,..bir yerdə duruş tutan deyillər...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə