Tanzaniyada təhlükəli bir naməlum yoluxucu xəstəlik aşkar edildi

Bu arada həkimlər Tanzaniyanın şimal-qərbində naməlum yoluxucu xəstəlik aşkar ediblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, yeddi xəstədən beşi dünyasını dəyişib.

“Səhiyyə Nazirliyi Bukoba şəhərində indiyədək 5 nəfərin ölümünə səbəb olan naməlum xəstəliklə bağlı xəbərdarlıq edib”.

Bu Tanzaniya Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Nazirliyin məlumatına görə, xəstəliyin əsas əlamətləri kimi qızdırma, qanaxma, şiddətli qusma və qaraciyər çatışmazlığını qeyd edirlər.

Qeyd edək ki, həkimlər bunun yoluxucu xəstəlik olduğunu bilsələr də, lakin onun növünü və patogenini hələ müəyyənləşdirməyiblər. Tədqiqat üçün ölən xəstələrin cəsədlərindən nümunələr götürülüb.

Tanzaniya hökuməti zərər çəkmiş ərazilərə sürətli cavab qrupu göndərib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə