Mərkəzi Gömrük Hospitalında növbəti TAVİ əməliyyatı uğurla həyata keçirilib

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq İlqar Tahiroğlu və invaziv kardioloq Şəhla Ağayeva tərəfindən növbəti dəfə TAVİ əməliyyatı uğurla həyata keçirilib. SİA xəbər verir ki, yüksək şəkərlə və yüksək təzyiqlə, əvvəllər stent taxılmış, təngnəfəslik və boğulma şikayətləri ilə Mərkəzi Gömrük Hospitalına daxil olmuş 75 yaşlı xəstədə anju zamanı ürək damarlarının və stentlərinin açıq olduğu, ürəyin aorta qapağında kritik darlıq olduğu, qapaq açılma sahəsinin 0,6 sm2 olduğu müəyyən edildikdən sonra xəstə üzərində TAVİ əməliyyatının icrası qərarı verildi.
Mərkəzi Gömrük Hospitalında pasiyentin bud arteriyasından girilərək, heç bir kəsik aparılmadan və narkoz verilmədən Dr.İlqar Tahiroğlu və Dr.Şəhla Ağayeva tərəfindən TAVİ əməliyyatı icra olunub və yeni evolut 26 mm-lik aorta qapağı yerləşdirilib. Xəstənin təngnəfəsliyi və boğulması aradan qaldırılıb. O, əməliyyatdan 12 saat sonra xəstə gəzməyə başlayıb, 24 saat sonra isə evə buraxılıb.
Qeyd edək ki, TAVI (Transkateter Aorta Valve İmplantasiyası), aorta qapağının qeyri-cərrahi yolla dəyişdirilməsini təmin edən bir müalicə metodudur. Son illərdə aorta qapağını açıq ürək əməliyyatı həyata keçirmdən dəyişdirmək mümkün olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə