Yaz öncəsi orqanizmi zəiflədən amillər

Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova ATV-nin “Səhər” prorqamına “Yaz oncəsi orqanizmi zəiflədən amillər” mövzusunda müsahibə verib. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləmək mümkündür. Süjetin linkini Sizə təqdim edirik.

https://youtu.be/QGaWrt8E8CY

Dr. NAZİLƏ XƏLİLBƏYOVA Mərkəzi Gömrük Hospitalında daxili orqanların, tənəffüs yolları orqanlarının, mədə-bağırsaq sistemi xəstəliklərinin diaqnostikası və adekvat müalicəsini həyata keçirir.Dr. Nazilə Xəlilbəyova 1990-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş və 1990-1991-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə İnstitutunda reanimatoloq ixtisası üzrə internatura təhsili almışdır. Əmək fəaliyyətinə 1992-ci ildə başlayaraq, 2015-ci ilə qədər müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-terapevt kimi çalışıb. Dr. Nazilə Xəlilbəyova 2016-cı ildən Mərkəzi Gömrük Hospitalında həkim terapevt-qastroenteroloq kimi fəaliyyət göstərir.

Dr. Nazilə Xəlilbəyova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir O, bir sıra xarici ölkələrdə olaraq təkmilləşdirmə kurslarında iştirak etmişdir. 1998-ci və 2000-ci illərdə Avstriyanın Zalsburq şəhərində “İlk tibbi yardım” kurslarında, 2001-ci və 2011-ci illərdə Türkiyənin İstanbul şəhərində "Daxili xəstəliklər" üzrə təkmilləşdirmə kurslarında iştirak edərək ixtisasını artırmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə