Qalxanvari vəzin xəstəliklərinə əsasən kimlərdə rast gəlinir? - QURUM RƏSMİSİ AÇIQLADI
“Ümumiyyətlə qalxanvari vəzin xəstəlikləri əsasən qadınlarda rast gəlinir. Amma kişilərdə də qalxanvari vəzin xəstəlikləri müşahidə edilir. Hətta atadan qızlarına və yaxud anadan oğullara irsən keçməsinə tez-tez rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva bildirib.
Onun sözlərinə görə, bundan əlavə, genetik olaraq ana, xala, bibi, nənələrdən əsasən qız uşaqlarına keçir: “Xəstəliyin birdəfəlik müalicəsi ancaq yoddefisitli hallarda mümkündür. Yod defusitini aradan götürülür və göstəricilər düzəlir.
Qalxanvari vəzin əksər digər xəstəliklərin xronikidir. Ömürlük müalicə tələb edən vəziyyətlərdir. Hətta qalxanvari vəzin onkoloji xəstəliklərinin uğurlu müalicəsindən sonra (əməliyyat, radioloji müalicə) xəstə daim, ömürboyu əvəzedici hormonal terapiya alır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB