ÜST meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyətin müddətini uzatdı

Meymunçiçəyi qlobal epidemiyası beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə amili olaraq qalır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, xəstəlik üzrə ÜST komitəsinin fevralın 10-da keçirilən iclası haqqında məlumat verib.

“Komitə meymunçiçəyinin qlobal bir sağlamlıq problemi olaraq qaldığı qənaətinə gəlib və xəstəliklə bağlı fövqəladə vəziyyətin müddətini uzadıb. Mən də bu tövsiyə ilə razılaşdım”, - deyə Qebreyesus qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə