Son gündə Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 31 yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.
SİA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 884 nəfər müalicə olunaraq sağalıb, 10 min 97 nəfər vəfat edib. Aktiv xəstə sayı 156 nəfərdir. Koronavirusdan bugünkü ölüm halı bir nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1830, bu günə qədər isə ümumilikdə 7 milyon 500 min 674 test icra olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB