Əks cinsin nümayəndəsi olmadan övlad sahibi olmaq olar? - GİNEKOLOQ DANIŞDI

“Əlbəttə ki, hər hansı biri olmadan digər cinsin nümayəndəsi övlad sahibi ola bilər. Əgər bir subay qadın uşaq istəyirsə, donor sperma ilə özünə süni mayalanma etdirə bilər”. Bu sözləri SİA-ya açıqlamasında ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, doğrudur, bizim ölkədə buna icazə yoxdur: “Çünki Azərbaycanda bunun üçün nikah kağızı istəyirlər. Eyni zamanda, bu kişilər üçün də keçərlidir. Məsələn, müğənni Filipp Kirkorovun uşaqlarının anası məlum deyil. Onun öz spermasından hansısa bir qadının yumurta hüceyrəsi mayalandırılaraq uşaqları dünyaya gəlib. Yəni, istəsələr hər şəkildə uşaq sahibi ola bilərlər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə