Çində 2022-ci il dekabrın 8-dən koronavirus əleyhinə məhdudiyyətlərin yumşaldılmasından sonra xəstəxanalarda COVID-19-dan 80 mindən çox insan dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatında deyilir.
Qeyd olunur ki, 2023-cü il yanvarın 15-dən Çinin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi yoluxmuş COVID-19 haqqında həftəlik məlumat dərc edir, lakin bu, koronavirus pandemiyasının bütün dövrünü deyil, yalnız 8 dekabr 2022-ci il tarixindən olan müddəti əks etdirir.
Mərkəzin məlumatına görə, ötən il dekabrın 8-dən bu il fevralın 2-dək Çində 82 238 nəfər ölüb. Xəstələrin ölümünün koronavirusun səbəb olduğu tənəffüs çatışmazlığı və ya digər xəstəliklərin kəskinləşməsi səbəbindən baş verdiyi aydınlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB