Azərbaycanda COVID-19 əleyhinə 433 doza vaksin vurulub

Fevralın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 433 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 115, ikinci doza vaksinlərin sayı 104, üç və daha çox doza vaksinlərin sayı 199, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 15-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 943 min 740, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 669, ikinci mərhələ üzrə 4 milyon 877 min 304, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 451, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 316-dır.

Bütün xəbərlər Facebook səhifəmizdə