Könüllü gömrükçülər üçün təlim keçirilib - FOTO

2 fevral 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə təhkim olunmuş könüllü gömrükçülər üçün “2 fevral Gənclər Günü”nə həsr edilmiş “Səhiyyə könüllülük və əhəmiyyəti” mövzusunda təlim keçirilib. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə təlimçi qismində çıxış edərək ilk növbədə könüllü gömrükçüləri “2 fevral Gənclər Günü” münasibətilə təbrik edib və səhiyyədə könüllülük anlayışı barədə geniş məlumat verib.

Səhiyyə sahəsində yerli və beynəlxalq könüllülük imkanları, könüllülük müraciətləri zamanı zəruri olan prosedurlar və s. barədə ətraflı məlumat verən Ş.Mirzəzadə təlimin sonunda könüllüləri maraqlandıran sualları cavablandırıb.

Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə