“Həkimlərimizi tanıyın!” rubrikasında Reyhan Əliyevanı təqdim edirik

Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriya şöbəsinin həkim-biokimyaçı Reyhan Əliyevanı təqdim edirik

DR.Reyhan Əliyeva Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriya şöbəsində biokimyəvi, immunoseroloji, kliniki müayinələrin aparılması ilə məşğul olur. SİA xəbər verir ki, həkim-laborant Reyhan Əliyeva 1997-ci ildə Azərbaycan Tibb Universitetinin tibbi-profilaktika fakültəsini bitirmiş, 1997-1998-ci illərdə Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant ixtisası üzrə internatura keçmişdir. 1998-2009-cu illərdə Azərbaycanın müxtəlif dövlət tibb müəssisələrində həkim-biokimyaçı kimi çalışmış, 2009-cu ildən Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriya şöbəsində həkim-laborant kimi fəaliyyət göstərir.

Dr.Reyhan Əliyeva pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, 2004-2013-cü illərdə Bakı Slavyan Universitetinin “Tibbi biliklərin əsasları və mülki müdafiə” kafedrasında baş müəllim kimi çalışmışdır. O, peşəsini sevən, özünə qarşı tələbkar, işində çox diqqətcil, müasir tibb elminin nailiyyətlərini izləyən, öz sahəsi ilə bağlı yenilikləri tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir.

Reyhan həkim 2001-ci ildə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin HİV-in laborator diaqnostikası sahəsində ilkin ixtisaslaşdırılma haqqında sertifikata layiq görülmüş, 2009-cu Almaniyanın “Roche Diagnostics” şirkətinin Cobas 4000 C-311 analizatorlarında tədris kursunu keçmiş, 2021-ci ildə Klinik Biokimya Uzmanları Dərnəyinin təşkilatçılığı ilə keçirilən simpoziumda, Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən “Süni intellektə əsaslanan Mikrobiom Analizi” mövzusunda simpoziumda, 2022-ci ildə COVİD-19 və xəstəxanadaxili infeksiyalar” və “Sars-CoV-2/Covid-19 kompleks diaqnostikasına müasir yanaşmalar” mövzularında beynalxalq konfranlarda iştirak etmişdir.

Dr.Reyhan Əliyeva işlədiyi illər ərzində nümunəvi xidmətinə görə 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Gömrük organlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanı və 2022-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə