Həkimlərimizi tanıyın!” rubrikamızda

Sizə yüksəkixtisaslı fizioterapevt-reabilitoloq Afət Çəndirlini təqdim edirik

“Dr. AFƏT ÇƏNDİRLİ Mərkəzi Gömrük Hospitalında elektroforez, elektrostimulyasiya, impuls tokları ilə müalicə, fonoforez, mikrodalğa, limfodrenaj, zərbə dalğa terapiyası, traksion dartma, darsvanval, vakuum ilə müalicə, parafinlə müalicə, naftalanla müalicə, maqnitoterapiya, müalicəvi idman, kinezioteypinq kimi müalicə metodlarından istifadə etməklə reabilitasiya mərhələsində olan xəstələrin müalicəsini həyata keçirir. SİA xəbər verir ki, Afət həkim 1995-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1995-1996-cı illərdə Bakı şəhər 3№-li Klinik Xəstəxanasında internatura keçmişdir.

Əmək fəaliyyətinə 1998-ci ildə başlamış Dr. Afət Çəndirli 2004-2005-ci illərdə Səudiyyə Ərəbistanının Al-Jouf Hospitalında, 2011-2013-cü illərdə Azərbaycan dövlət tibb məssisələrində fizioterapevt-reabilitoloq kimi çalışmışdır. 2015-ci ildən Dr. Afət Çəndirli Mərkəzi Gömrük Hospitalında fizioterapevt-reabilitoloq kimi fəaliyyət göstərir.

Dr. Afət Çəndirli 2012-ci ildə Avstriyanın Vyana şəhərində Donaşpital reabilitision klinikasında Fizioterapiya və bərpa üzrə 3 aylıq təlim kursunda, 2015-ci ildə Avstriyanın Zalsburq şəhərində Fizioterapiya ve rebialitasiya kursunda, 2018-ci ildə Türkiyənin Antalya şəhərində Fizioterapiya üzrə konqresdə, yenə həmin ildə Türkiyənin Sivas şəhərində Reabilitasiya üzrə konqresdə iştirak etmişdir.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/afet-chendirli/. Dr. Afət Çəndirlinin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə