“Həkim məsləhəti” rubrikasında

Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Nigar Mirzəyeva “Uşaqlarda astma xəstəliyi haqqında nə bilirik və bu xəstəlikdən uşaqlarımızı necə qoruyaq” sualını cavablandırıb

Bronxial astma bronхların spazmı vә selikli qişasının ödemi nәticәsindә vaхtaşırı bronх keçiriciliyinin pozulması vә boğulma tutmaları ilә müşayiәt olunur. Astma - hava yollarının daralması nəticəsində tutmalar şəklində gedən, öskürək, xışıltı və nəfəs darlığı ilə müşahidə olunan və uşaqlarda çox rast gəlinən xronik xəstəliklərdən biridir. Coğrafi mühit, bitki örtüyü, rütubәt, ifrat soyuma, kәskin temperatur dәyişikliklәri vә s. bronxial astmanın әmәlә gәlmәsi üçün şәrait yaradır. SİA xəbər verir ki, hazırda dünyada 300 milyon insan bronxial astmadan əziyyət çəkir. Azərbaycanda aparılan araşdırmalar göstərir ki, 2021-ci ildə astma xəstəliyi ilə bağlı qeydiyyatdan keçənlərin sayının 8797 nəfər olmuşdur. Valideynlərdən birində allergik astma varsa, onun övladında allergik astma olma ehtimalı 20-30%-dir. Bu xəstəlik hər iki valideyndə olarsa, uşaqların bu xəstəliyə tutulması ehtimalı 80%-ə qədər artır.

Astma tutmalarına ən çox səbəb olan faktorlar yuxarı tənəffüs yolu infeksiyaları, daha sonra müxtəlif allergenlərə məruz qalma (dərman maddələri, qida maddələri, müxtəlif polenlər), havanın çirkli olması, fiziki aktivlik (qaçma, hoppanma, çox hərəkət etmək), bəzi qıcıqlandırıcılar (siqaret tüstüsü, parfüm, yuyucu maddələr) və s.-dir.

Son vaxtlar ABŞ-da aparılan araşdırmaların nəticələri göstərir ki, qaz sobaları uşaqlarda astma xəstəliyinə yol açan səbəblərdən biridir. Düzdür, Azərbaycanda qaz sobalarının uşaqlarda astmaya səbəb olması haqqında araşdırma yoxdur. Lakin dünyada araşdırılan məlumata əsasən qaz sobalarından havaya qalxan azot dioksid, formaldehid kimi kimyəvi maddələr tənəffüs yollarına qıcıqlandırıcı təsir göstərərək iltihab yaratmaqla, astmanın meydana gəlməsinə səbəb ola bilər.

Uşaqlarımızı bu xəstəlikdən qorumaq üçün yuxarıda sadalanan səbəbləri aradan qaldırmaq lazımdır. Bu səbəblərin hamısını aradan qaldırmaq mümkün olmasa da, uşaqları siqaret tüstüsündən, çirkli havadan, rütubətdən, qaz sobalarından çıxan zəhərli maddələrdən və s. qoruya bilərik. Uşaqlarınızın yaxşı nəfəs ala bilmədiyini, öskürəkdən əziyyət çəkdiyini müşahidə etdikdə, dərhal həkimə müraciət edin. Vaxtında aşkar olunan xəstəliyin müalicəsi daha keyfiyyətli olur. İdman mәşğәlәlәri, dәniz kәnarında gəzintilәr, normal hәyat tәrzi bronxial astmanın profilaktikasında әsas yer tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə