Son sutka ərzində COVID-19 infeksiyasına 6 nəfər yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 827 min 909 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 600 nəfər müalicə olunaraq sağalıb, hazırda 228 aktiv xəstə var. Bu günə qədər 10 min 81 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 634, bu günə qədər isə ümumilikdə 7 milyon 485 min 294 test icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə