Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Yanvarın 30-da Azərbaycanda koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bu gün heç kim vaksinasiya olunmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 milyon 932 min 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 402 min 168, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 876 min 910, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 milyon 397 min 820, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 min 233 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə