Koronavirusla bağlı daha bir məhdudiyyət ləğv edilib - DİQQƏT!

Fevralın 1-dən etibarən Fransada Covid-19 testi müsbət çıxanların məcburi təcridolunması ləğv edilir. SİA-nın “Figaro”ya istinadla xəbərinə görə, simptomsuz xəstələrin təkrar test verməsi tələbi də ləğv edilib.

Fransa Səhiyyə Nazirliyi bu qərarı virusun yayılma tempinin azalması ilə əsaslandırır. Dekabrın əvvəllərində gündəlik yoluxma sayı 20 000 olan ölkədə indi göstərici 5 minə enib.

Çindən gələnlərlə bağlı məhdudiyyətlər isə dəyişməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə