Koronavirusdan ölənlərin sayı son bir ayda artıb - ÜST

“Dünyada COVID-19-dan ölənlərin sayı son bir ayda 13% artıb”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin koronavirus pandemiyası ilə bağlı hesabatında bildirilib.

Məlumata görə, dekabrın 26-dan yanvarın 22-dək dünyada 11 milyon koronavirusa yoluxma halı və COVID-19-dan 55 min ölüm halı qeydə alınıb. Əvvəlki 28 günlük dövrlə müqayisədə sübut olunmuş yoluxma hallarının sayı 25% azalsa da, ölüm nisbəti 13% artıb.

Yanvarın 22-nə olan məlumata görə, pandemiya başlayandan bu günə kimi dünyada 664 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb. Virusdan 6,7 milyon xəstə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə