Qida zəhərlənmələri - Dr.İsmayıl Əfəndiyev

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev İctimai TV-nin “Yaxşı həkim” verilişində iştirak edib. Dr.İsmayıl Əfəndiyevin “Qida zəhərlənmələri” mövzusunda çıxışını sizə təqdim edirik.

28 oktyabr 2021-ci ildən etibarən Dr. İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilib. Dr. İsmayıl Əfəndiyev 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə, 2001-ci ildə Azərbaycan Tibb Universitetində əyanı aspiranturanı bitirərək, tibb elmləri namizədi elmi dərəcəsi alıb.
Dr. İsmayıl Əfəndiyev 2007–2008-ci illərdə Almaniyanın paytaxtı Berlində Vivantes Humbold - Daxili Xəstəliklər Xəstəxanasının kardiologiya və intensiv terapiya şöbəsində ixtisasartırma kursu keçib. 2010-cu ildə Prezident Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışdır.

Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsinin müdir müavini, sonra isə xarici tələbər dekanı vəzifələri tutmuşdur. Praktik əmək fəaliyyətinə Dr. İsmayıl Əfəndiyev 1996-cı ildən 2021-ci ilə qədər 1 saylı şəhər Klinik xəstəxanasında (Kliniki Tibbi Mərkəzində) Toksikologiya şöbəsində həkim toksikoloq-reanimatoloq kimi fəaliyyət göstərib. Bakı şəhərinin baş toksikoloqudur.
Dr. İsmayıl Əfəndiyev öz üzərində daim çalışan yüksəkixtisaslı mütəxəssisdir, 175-dən artıq orijinal elmi işlərin, o cümlədən 4 dərslik, 10 metodik vəsait, 2 monoqrafiya, 1 kliniki protokol və 1 patent-ixtiranın müəllifidir. 4 xarıci elmi-praktiki jurnalların redaksiya heyətinin üzvüdür. Müxtəlif illərdə İngiltərə, İndoneziya, Ukrayna, Gürcüstan, Cənubi Koreya, Avstriya, Çin və Danimarkada təlim kurslarında iştirak edib.

2006-cı ildən Azərbaycan Toksikoloqlar Cəmiyyətinin sədri, 2009-cu ildən Avropa Toksikoloji Mərkəzlərin və Kliniki Toksikoloqların Assosiasiyanın həqiqi üzvidir. 2010-cu ildən BMT “Beynəlxalq Kimyəvi İdarəetmə Üçün Strateji Yanaşma”(SAICM) təşkilatının Azərbaycan üzrə koordinatoru, 2012-ci ildən Ümumdünya Səhiyyə Təşkilatyının Kimyəvi Təhlükəsizlik və Ətraf Mühitin Sağlamlığı üzrə Milli Ekspert və Koordinatordur.

Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləmək mümkündür. Link: https://youtu.be/SkspoHQ1x_A

Bütün xəbərlər Facebook səhifəmizdə