Jellibomların uşaq sağlamlığına təsiri - VİDEO

Mərkəzi Gömrük Hospitalının pediatrı Aygün Sadıxova Səhiyyə TV-yə jellibomların uşaq sağlamlığına təsiri barədə müsahibə verib. SİA xəbər verir ki, sujeti sizə təqdim edirik. https://youtu.be/M3HyRfkEq5c

Qeyd edək ki, Dr.Aygün Sadıxova Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda qastroenterologiya, pulmonologiya, allerqologiya, otolarinqologiya ilə bağlı xəstəliklərin stasionar şəraitdə müalicəsi ilə məşğul olur.

Aygün həkim 1994-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almış, 2001-2002-ci illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda pediatriya ixtisası üzrə internatura keçmişdir. O, əmək fəaliyyətinə 2002-ci ildə başlayaraq 2017-ci ilə qədər dövlət tibb müəssisəsində pediatr-neonatoloq kimi çalışıb. Aygün həkim 2017-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında pediatr-neonatoloq kimi fəaliyyət göstərir.

Dr.Aygün Sadıxova beynəlxalq konfranslarda, seminarlarda və elmi-praktik konfranslarda iştirak edir. O, 2018-ci ildə Neonatologiya üzrə I Bakı Beynəlxalq Konfransında, “Pediatriyada yeniliklər” mövzusunda VIII Simpoziumda, 2019-cu ildə Neonatologiya üzrə Azərbaycan-Türkiyə II İntensiv təlim kursunda, Neonatologiya üzrə II Bakı Beynəlxalq konqresində, 2022-ci ildə Türkiyənin İzmir şəhərində Ege Universitetinin Reanimasiya və Pediatriya şöbəsində neonatologiya üzrə rotasiya kursunda iştirak edib.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/aygun-sadixova/. Dr. Aygün Sadıxovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə