MGH-nin bazasında “Kardiologiya və Terapiya” fənni tədris edilir

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzman invaziv kardioloq İlqar Tahiroğlu İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 4-cü kurs tələbələrinə “Kardiologiya və Terapiya” fənnini tədris edir. SİA xəbər verir ki, ümumilikdə 105 tədris saatı ərzində 4-cü kurs tələbələri kardiolgiya ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu əsasən yerli və regional səviyyəli sertifikatlaşdırılmış tibbi təlim kurslarının, elmi-praktiki tədbir və tədqiqatların, eləcə də rezident və ixtiraçıların təcrübə mübadiləsinin təmin edilməsi üçün birgə tədris proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Tibb tələbələri üçün Mərkəzi Gömrük Hospitalının bazasında tədris prosesinin təşkili həm tələbələr, həm də onlara dərs deyən əməkdaşlara yeni inkişaf imkanları yaradır və Mərkəzi Gömrük Hospitalının Azərbaycanın kliniki – tədris xəstəxanalarının sırasında özünəməxsus yer tutmasına imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə