Həkimlər ilk dəfə sümük toxumasında limfa damarlarını aşkar etdilər
Oksford Universitetinin alimləri sümük toxumasında limfa damarlarını aşkar edərək, onların sümüklərin və qan hüceyrələrinin bərpasında rolunu nümayiş etdiriblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, limfa sistemi bütün bədəndə şaxələnən və artıq mayenin toxumalardan, tullantıların xaric edilməsində və immun sisteminin fəaliyyətində mühüm rol oynayan qan damarları şəbəkəsidir.
Qeyd edək ki, əvvəllər beyində, gözlərdə və sümüklərdə limfa toxumasının olmadığı güman edilirdi. Alimlər yeni yüksək rezolyusiyaya malik görüntüləmə texnikasından istifadə edərək sümüklərdə aktiv limfa damarları şəbəkəsini aşkar ediblər.
İşin müəllifləri həmçinin sümüklərdəki limfa damarlarının qan kök hüceyrələri və toxumaları bərpa etmək üçün xüsusi hüceyrələrlə birlikdə işlədiyini nümayiş etdiriblər.
Bu proses qırıqların sağalmasında mühüm rol oynaya bilər. Bundan əlavə, sümükləri bərpa etmək qabiliyyətinin azalması ilə əlaqəli qocalma da sümüklərin limfa sistemində siqnalın pozulması ilə müşayiət olunur.
Beləliklə, alimlər sübut etdilər ki, gənc limfatik endotel hüceyrələrinin tətbiqi yaşlı sümüklərin sağalmasını sürətləndirir. Bu inqilabi fakt yaşlılarda sınıqların müalicəsi üçün yeni metodun əsasını təşkil edə bilər. Tədqiqatçılar revmatoid artrit və qan xəstəliklərində limfa damarlarının rolunu öyrənməyi planlaşdırırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB