Nigeriyada difteriyaya yoluxan 25 nəfər ölüb

Nigeriyanın Kano əyalətində difteriya epidemiyası nəticəsində 25 nəfər ölüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Dövlət Səhiyyə Xidmətinin müdiri Aminu Tsanyava bildirib ki, həyatını itirənlərin əksəriyyəti uşaqlardır.
Tsanyava ölkənin şimalındakı Kano əyalətində difteriya epidemiyasından əksəriyyəti uşaq olmaqla 25 nəfərin öldüyünü açıqlayıb.
Vilayətdə epidemiya ilə mübarizə aparmaq üçün tibbi qrupun yaradıldığını ifadə edən Tsanyava hökumətdən əlavə büdcə tələb etdiklərini bildirib.
Boğaz, burun, göz və dəridə yerləşərək ölümə səbəb olan difteriya öskürək, asqırma və ya danışmaqla keçə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə