Monteneqroda “Omikron” ştammının subvariantına yoluxma faktı qeydə alınıb

Monteneqroda COVID-19-un “Omikron” ştammının mutasiyaya uğramış “Kraken” (XBB.1.5) variantına ilk yoluxma faktı qeydə alınıb. SİA xəbər verir ki, Səhiyyə İnstitutu XBB.1.5 ştammının aşkarlandığı ölkələr siyahısına Monteneqronun da əlavə olunduğunu açıqlayıb, vətəndaşları vaksinasiyadan keçməyə çağırıb. Bildirilib ki, yoluxma hadisəsi yaxından izlənilir.

“Kraken” ştammı əsasən ABŞ-da sürətlə yayılır, Avropanın bir çox ölkəsində də rast gəlinib.
Avropa İttifaqının Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi yanvarın 13-də “Omikron” ştammının “Kraken” adlanan XBB.1.5 subvariantının aşağı risk səviyyəsinə malik olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə