Dr.Lalə İbrahimova Mərkəzi Gömrük Hospitalında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müayinə, diaqnostika və müalicəsi, triqqer nöqtələrinin terapiyası - Elektrokupunktura və elektroakapunktura, Elektroneyroqrafiya və iynəli elektromioqrafiya müalicələrini həyata keçirir. SİA xəbər verir ki, Lalə həkim 2004-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2004-2005-ci illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə internatura keçmişdir.
Dr. Lalə İbrahimova 2005-2018-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində nevroloq kimi çalışıb. O, 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-nevroloq kimi fəaliyyət göstərir.
Dr. Lalə İbrahimova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. Dünya mətbuatını izləyərək tibbin ən yeni nailiyyətlərini öyrənir və öz təcrübəsində tətbiq edir. O, 2014-cü ildə “Podiatriya və Pəncənin «FormThotics» sistemi vasitəsi ilə içliklərin hazırlanması” üzrə təlim, 2014-cü ildə Gürcüstanın Tbilisi Nevrologiya İnstitutunda “Sinir-əzələ xəstəlikləri və elektroneyromiyoqrafiya müayinəsi” üzrə kurs, 2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində Akademik B.N.Komançevin rəhbərliyi altında “Körpələrdə mərkəzi və periferik sinir sisteminin prenatal və natal zədələnmələrinin qlobal Elektromioqrafiya vasitəsi ilə erkən diaqnostikası” kursu, 2016-cı ildə Türkiyənin İstanbul şəhərində “Beynəlxalq trigger nöqtələrinin terapiyası” (Türkiyə-ABŞ) təlimi, 2017-ci ildə Rusiyanın Moskva şəhərində “Tibbi kinezio teyp və kross teyp” kursu, 2017-ci ildə Rusiyanın Yekaterinburq şəhərində Elektroson, transkranial elektroanalgeziya, transkranial elektrostimulyasiya, mezodiensefal modulyasiya, mikropolyarizasiya kursu və 2018-ci ildə idman sahəsi üzrə nutrisioloq və dietoloq mövzularında beynəlxalq dərəcəli kurslar keçmişdir.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/lala-ibrahimova
Dr. Lalə İbrahimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB