"Balanslı qidalanma, immunitet sistemini dəstəkləyən və həyat keyfiyyətini artıran ən əhəmiyyətli faktorlardan biridir". SİA xəbər verir ki, bu sözləri qidalanma və pəhriz üzrə mütəxəssis Banu Özbingül Arslansoyu qeyd edib.

Onun sözlərinə görə, güclü bir immunitet sistemi istehlak edilən qidalardan asılıdır: "Yəni burada karbohidratların, zülalların, yağların, vitaminlərin və mineralların miqdarı nəzərdə tutulur. Məsələn, bəzi mineralların daha yaxşı mənimsənilməsi üçün vitaminlərə, bəzi vitaminlərin isə yağa ehtiyacı var. Ona görə də immunitet sistemini gücləndirmək üçün müəyyən qidalara və ya vitamin əlavələrinə müraciət etmək əvəzinə, adekvat və balanslaşdırılmış qidalanma proqramı yaradılmalı və bütün qida qrupları gündəlik qida rasionuna daxil edilməlidir. Qida qrupu, meyvə-tərəvəz qrupu və çörək qrupundakı qidalar hər gün qidalanma siyahılarına daxil edilməlidir".
İmmunitet sisteminin gücləndirilməsində mühüm rol oynayan A vitamininin daha çox balıq, qaraciyər, süd, yumurta sarısı, ispanaq, yerkökü kimi qidalarda olduğunu ifadə edən Banu Özbingül Arslansoyu qış aylarında D vitaminin də mühüm rol oynadığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB