“Son zamanlar bütün dünya ölkələrində, xüsusilə də qərbdə respirator infeksiyaların miqdarı artmaqdadır. Bu infeksiyaların artmasının səbəblərindən havaların soyuması ilə əlaqədar qapalı məkanlarda insanların sıx təmasda olması və havalandırmanın az olmasıdır. Digər səbəb kimi isə 2 illik pandemiya dönəmində karantin qaydaları ilə əlaqədar nəinki özümüzü COVID-19-dan, həmçinin respirator viruslardan da qoruduğumuz üçün orqanizmin həmin viruslara qarşı olan immun yaddaşının azalması və itməsini göstərmək olar”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Leyla Əmrahova deyib.

Onun sözlərinə görə, hazırda bütün dünyada yayılmış və əsasən tənəffüs sistemini zədələyən viruslar -influenza A, influenza B, Covid-19, RSV, rinovirus, paraqrip viruslarıdır: “Bunlardan influenza A, influenza B, RSV əsasən uşaq yaşlarında ağır keçir. Yaşlı və xroniki xəstəliyi olan insanlarda da influenza A və B, həmçinin Covid -19 daha ağır fəsadlara yol aça bilər”.
Həkim sözlərinə belə davam edib: “Bu viruslardan başqa son dövrlər streptokokların törətdiyi tonsillofaringitlər də İngiltərədə uşaqlar arasında ciddi sürətdə artmaqdadır və təhlükəli fəsadlar (ARA, qlomerulonefrit və s.) verə bilir.
Bütün dövrlərdə pandemiyaların qarşısını almaq üçün ən gözəl vasitə vaksinlərdir. Bundan başqa, əllərin düzgün qaydada yuyulması və qapalı məkanlarda maskalardan istifadə etməyə də diqqət yetirməliyik.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB