Təcili Yardım Stansiyasına yıxılma səbəbilə 16 müraciət daxil olub

Təcili Yardım Stansiyasına yıxılma səbəbilə 16 müraciət daxil olub

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub. Onlardan 13-ü qadın, 3-ü kişidir.

TƏBİB-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlı olub.

Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə