Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasının həkim-laborantı Naibə Əliyevanı Sizə təqdim edirik.
Həkim-laborant NAİBƏ ƏLİYEVA Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasında ümumi kliniki, laborator müayinələrin aparılması və interpretasiyası ilə məşğul olur.
Naibə həkim 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsini bitirmiş, 2006-2007-ci illərdə Akademik Mir Qasımov adına Respublika Klinik xəstəxanasında internatura keçmişdir. Tibb sahəsində əldə etdiyi yüksək tibbi-bacarıqlar sayəsində 2008-2020-ci illər ərzində müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim həkim-laborant kimi çalışıb. O, 2020-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasında həkim-laborant kimi fəaliyyət göstərir.
Daim öz bilik və bacarıqlarını inkişaf etdirən Naibə həkim davamlı olaraq ölkə daxilində və xaricində keçirilən müxtəlif elmi tədbirlərdə iştirak edir. O, 2021-ci ildə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının təşkilatçılığı ilə keçirilən “Süni intellektə əsaslanan mikrobiom analizi” mövzusunda simpoziumda, 2022-ci ildə "SARS-COV-2 (COVID-19) diaqnostikasına müasir yanaşma və problemlər" mövzusunda konfransda, 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “SARS-CoV-2 (COVID-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfransda və öz sahəsi üzrə digər tədbirlərdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB