MGH-nin mama-ginekoloqu “Hamiləliyin təqibi” mövzusunda çıxış edib - VİDEO
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., mama-ginekoloq Təranə Bayramova İctimai TV-nin “Yaxşı Həkim” verilişində “Hamiləliyin təqibi” mövzusunda çıxış edib. SİA xəbər verir ki, dr.Təranə Bayramovanın çıxışını Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik. https://www.youtube.com/watch?v=AzBlzgXd5SY
Qeyd edək ki, Dr.Təranə Bayramova 1989-1995-ci illər ərzində Azərbaycan Tibb Universitetində, 1995-2000-ci illər ərzində isə Türkiyənin Ankara şəhərində Başkent Universitetinin və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın Xəstəlikləri və Doğum kafedrasında uzmanlıq təhsili almışdır. 2012-2015-ci illər ərzində Azərbaycan Dövlət Tibb Universitetinin II Mamalıq-Ginekologiya kafedrasında dissertantura keçmiş və 2015-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən “Tibb üzrə Fəlsəfə Doktoru” elmi dərəcəsinə layiq görülmüşdür.
2010-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında Mama-ginekologiya şöbəsinin rəisi vəzifəsində çalışır. Dr.Təranə Bayramova daim ölkəmizdə keçirilən elmi-tədbirlədə öz sahəsi üzrə təqdimatlarla çıxış edir. Həkim qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404 08 08.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB