Vəba epidemiyası 9 nəfərin həyatına son qoydu

Nigeriyanın Ebonyi əyalətində başlayan vəba epidemiyası nəticəsində 9 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nigeriyanın Ebonyi əyalətinin Afikpo bölgəsində vəba epidemiyası aşkarlanıb. Epidemiya nəticəsində 9 nəfər ölüb, ən azı 30 nəfər xəstəxanaya yerləşdirilib. Ştat hökuməti epidemiya ilə mübarizə aparmaq üçün tibbi qruplar yaradıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə