Keçmiş məhkum marşrut avtobusunda 4 sərnişini qarət edib

Bakıda keçmiş məhkum marşrut avtobusunda 4 sərnişini qarət edib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində marşrut avtobuslarında 4 vətəndaşın çantasından və cibindən pul, içərisində sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Mehdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə